AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq maaşları artırıldı

AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq maaşları artırıldı
  17 Oktyabr 2018    Oxunub:3060
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.
Azvision xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat, müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1200 manat məbləğində müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Azvision


Teqlər: AMEA   Prezident  





Xəbər lenti