Müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb - FOTO

Müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb  - FOTO
  18 Oktyabr 2018    Oxunub:1191
Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov burada keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.
Azvision Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z. Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.





Azvision


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti