Bu gün Yasamalda su olmayacaq

Bu gün Yasamalda su olmayacaq
  18 Oktyabr 2018    Oxunub:1192
Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən Azvision -a verilən məlumata görə, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

Azvision


Teqlər: Azərsu   Yasamal  





Xəbər lenti