“Bir neçə ölkədə nümayəndəliklər açılacaq” - Fuad Nağıyev

“Bir neçə ölkədə nümayəndəliklər açılacaq” - Fuad Nağıyev
  18 Oktyabr 2018    Oxunub:2571
"Dövlət Turizm Agentliyi çox gənc qurumdur, yaradılmasından 7 ay keçib və bu müddətdə çox işlər görülüb. Turizmin inkişafı ölkənin əsas hədəflərindədir"

Azvision xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O, bildirib ki, turizm sahəsində işlər görülsə də, gediləcək hələ çox yol var: "Turizmin inkişafı və Azərbaycanın tanıdılması istiqamətində səylərimizi artırmalıyıq".

F.Nağıyev qeyd edib ki, ölkənin turizm potensialının tanıdılmasında yeni dövr başlayır: "Problemlərin fərqindəyik və bu problemlərin həlli istiqamətində işlər görürük. İxtisaslı kadrların hazırlanması və turizm nəslinin inkişafı bizim üçün əsasdır. Bir neçə ölkədə nümayəndəliklər açılacaq. Turizm sahəsində daha dolğun statistik göstəricilər əldə etmək üçün çalışırıq. Yeni turizm brendimizlə xarici bazarlarda çıxış etmək hədəflərdəndir. Turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılması, turistlərin ölkədən məmnun qayıtması hamı üçün vacibdir".

Aytən Zəhra
Azvision


Teqlər: Fuad-Nağıyev   Turizm  





Xəbər lenti