Ərəblər Azərbaycanda lüks istirahət edirlər

Ərəblər Azərbaycanda lüks istirahət edirlər
  18 Oktyabr 2018    Oxunub:1973
Azərbaycana Yaxın Şərq ölkələrindən gələn turistlər bahalı otellərə, lüks istirahətə, dadlı yeməklərə daha çox üstünlük verirlər.

Azvision xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib.
Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlər isə əsasən regionlara səyahət etməyə, gözəl yerlərə baxmağa və ekoturlara üstünlük verirlər: "Bu ölkələrdə açılacaq nümayəndəliklər strategiya üzrə öz fəaliyyətlərini göstərəcək və Azərbaycanın turizm təbliğatını aparmağa köməklik edəcəklər".

Aytən Zəhra
Azvision


Teqlər: Turizm   Ərəb   Bakı  





Xəbər lenti