Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarıldı

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarıldı
  18 Oktyabr 2018    Oxunub:3747
Nazirlər Kabinetində iki şöbə müdirinin dövlət qulluğuna xitam verilib.
Azvision xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən, Nizami Bayramov isə Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Azvision


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti