Badamdarda sürüşmə davam edir

Badamdarda sürüşmə davam edir
  18 Oktyabr 2018    Oxunub:2046
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision - a verilən məlumata görə Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır.
Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.

Azvision.az


Teqlər: Badamdar   Sürüşmə  





Xəbər lenti