"VAZ" yük avtomobili ilə toqquşdu, ölən var

"VAZ" yük avtomobili ilə toqquşdu, ölən var
  18 Oktyabr 2018    Oxunub:875
Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
DİN-dən Azvision.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.

Azvision.az


Teqlər: Tərtər   Mingəçevir   Qəza  





Xəbər lenti