Aktaudan Bakıya gələn gəminin heyəti zəhərləndi

Aktaudan Bakıya gələn gəminin heyəti zəhərləndi
  19 Oktyabr 2018    Oxunub:1879
Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az-a verilən məlumata görə, DSX-nın Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Azvision.az



Teqlər: DSX   Gəmi  





Xəbər lenti