Bu gün İlham Əliyev və Ərdoğan "Star” zavodunu işə salacaq
Azvision.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
"Star” Neft Emalı Zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton azkükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod tam gücü ilə gələn ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. "Star” Azərbaycana valyuta axınını təmin edəcək müəssisə olmaqla yanaşı, Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Belə ki, zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
Anar Kəlbiyev
Azvision.az