“Həmin ərazilərdə sürüşmə olacaq...” - Qurban Yetirmişli

  19 Oktyabr 2018    Oxunub : 491
“Həmin ərazilərdə sürüşmə olacaq...” - Qurban Yetirmişli
"Hazırda sürüşmənin dərinlik müstəvisini tapmaq üçün tədqiqatlar aparılır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq"
Azvision.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O, ərazidə elmi cəhətdən tədqiqat işləri aparıldığını qeyd edib.

"Dron çəkilişləri aparılır, kompleks tədbirlər görülür. Hələlik üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada sürüşmə prosesi davam edir. İşi dayandırmaq olmaz".

Q.Yetirmişli vurğulayıb ki, "Teleqüllə" ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona aşkar edilib: “Həmin ərazilərdə nə vaxtda sürüşmə olacaq. Amma orada 4 ay analiz aparmışdıq. Sürüşmə prosesini öyrənmək bir günlük məsələ deyil. İlkin məlumata görə, sürüşmə 46 mert dərinlikdədir. Üst hissədə hansı dərinlikdə olması isə bilinmir".

Direktor ölkə ərazisində zəif təkanların mütəmadi olaraq baş verdiyini deyib. Onun sözlərinə görə, hər gün 5-10 təkan olur. “Lakin biz bunu açıqlamırıq. Xəzər dənizində güclü təkanlar olsaydı, sürüşmə ərazisində güclü dağıntılar olardı".

Aytən Zəhra
Azvision.az

Teqlər: Qurban-Yetirmişli   Sürüşmə