İstirahət günləri hava necə olacaq? - Proqnoz

İstirahət günləri hava necə olacaq? - Proqnoz
  19 Oktyabr 2018    Oxunub:1237
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-24, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 20-də arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti