Bakının bəzi yerlərində qazın verilişi dayandırıldı

Bakının bəzi yerlərində qazın verilişi dayandırıldı
  19 Oktyabr 2018    Oxunub:1203
Bakıda qaz xəttində qəza hadisəsi baş verib.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.

Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb.

Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.

Azvision.az



Teqlər: Azəriqaz   Qəza   Kəmər  





Xəbər lenti