Sürüşmə sahəsində xırda uçqunlar yaranıb

  19 Oktyabr 2018    Oxunub : 348
Sürüşmə sahəsində xırda uçqunlar yaranıb
Bakının Badamdar qəsəbəsində bir neçə gündür davam edən sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a verilən məlumata görə, saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb.

Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Azvision.az

Teqlər: ETSN   Sürüşmə