Vasif Talıbov bir sıra şəxsləri təltif edib

Vasif Talıbov bir sıra şəxsləri təltif edib
  20 Oktyabr 2018    Oxunub:1981
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Babək rayonunun inkişafında fəaliyyətlərinə görə Məmmədov Nihal Məmmədqulu oğlu və Məmmədsoy Müşviq Məmməd oğlu “Əməkdar dövlət qulluqçusu”, Əliyev İsa Əli oğlu, Quliyev Həsən Əli oğlu və Seyidov Mirkərim Əhməd oğlu “Əməkdar müəllim”, Abdullayev Qulam Səfərəli oğlu və Həsənova Leylan İbrahim qızı “Əməkdar həkim”, Abutalıbov Tofiq Abutalıb oğlu və Həsənov Cəlal İbrahimxəlil oğlu “Əməkdar kənd təsərrüfatı işçisi”, Rzayeva Sevinc Hüseyn qızı “Əməkdar mühəndis” fəxri adı, Əliyev Məcid Sərraf oğlu, Xudiyev Məhərrəm Cəlil oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Məhərrəm Yavər oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Azvision.az



Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti