Füzulidə minaatan mərmisi tapılıb

Füzulidə minaatan mərmisi tapılıb
  20 Oktyabr 2018    Oxunub:1203
2018-ci il 19 Oktyabr tarixində saat 21:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, 2 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan -Azvision.az-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 81 mm-lik minaatan mərmisi aşkar olunub,
zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Mərminin tapıldığı yerin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Mərmi   Füzuli  





Xəbər lenti