Sürüşmə zonasında çatlar genişlənib - Qərargah

Sürüşmə zonasında çatlar genişlənib - Qərargah
  20 Oktyabr 2018    Oxunub:1256
Badamdarda sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik davam etməkdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib.

Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

Azvision.az



Teqlər: ETSN   Sürüşmə   Qərargah   Badamdar  





Xəbər lenti