27 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə C.Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Azvision.az