Sürüşmə zonasında gərginlik hələ də davam edir - VİDEO

  21 Oktyabr 2018    Oxunub : 758
Sürüşmə zonasında gərginlik hələ də davam edir - VİDEO
Badamdarda sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a bildirilib ki, saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir.

"Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müsahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb", - deyə məlumatda qeyd edilib.



Azvision.az

Teqlər: ETSN   Sürüşmə   Badamdar