Nazirlik: Sürüşmə zonasında çatlar genişlənir

  21 Oktyabr 2018    Oxunub : 552
Nazirlik: Sürüşmə zonasında çatlar genişlənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Azvision.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Bildirilib ki, sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun yerdəyişməsi müşahidə edilir.

Bundan əlavə, sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.

Azvision.az

Teqlər: ETSN   Sürüşmə   Badamdar