Çaylada biogen maddələrin miqdarı çoxdur

Çaylada biogen maddələrin miqdarı çoxdur
  22 Oktyabr 2018    Oxunub:1131
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabrda növbəti monitorinq həyata keçirib.
Departamentdən Azvision.az-a bildiriblər ki, oktyabrın ikinci ongünlüyündə Kür çayında suyun sərfi ayın birinci ongünlüyünə nisbətən saniyədə 27 kubmetr azalaraq 119 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.

Oktyabrın ikinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayın Qazax rayonu ərazisindən keçən hissəsində 1,6, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,8-2,4, biogen maddələrdən nitritlərin miqdarı isə 1,35-1,6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70-6,30 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti