Miqrasiya Xidmətinin rəisi almaniyalı səfirlə görüşüb - FOTOLAR

Miqrasiya Xidmətinin rəisi almaniyalı səfirlə görüşüb - FOTOLAR
  22 Oktyabr 2018    Oxunub:1865
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Almaniya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Mixael Kindsqrabla görüşüb.
DMX-dan Azvision.az-a verilən xəbərə görə, xidmət rəisi bu görüşün hər iki dövlət arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndirilməsində çox önəmli olduğunu vurğulayıb.Vusal Huseynov bildirib ki, son illər ərzində rəqabətə davamlı Azərbaycan iqtisadiyyatının potensialının daha da artması ölkəmizi istər biznes yatırımları, istərsə də turist axını baxımından çox cəlbedici edib. Məhz bu səbəbdən də Azərbaycana gələn iş adamları üçün münbit şəraitin yaradılması və paralel olaraq qanunsuz miqrasiyanın qarşısı alınması prioritet fəaliyyət istiqamətlərindən biridir.



Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov son razılaşma mərhələsində olan Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Sazişin əhəmiyyətini xüsusi vurğulayıb.



Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Mixael Kindsqrab Azərbaycanın artan iqtisadi potensialını yüksək qiymətləndirərək görüşün qarşılıqlı əməkdaşlığın inkişafında böyük töhfələr verəcəyinə əminliyini bildirib. Cənab Kinqsqrab alman iş adamlarının Azərbaycandakl biznes fəaliyyətlərinin inkişafında marağlı olduğunu və Azərbaycan hökuməti tərəfindən bu sahədə yaradılan şəraitdən məmnun qaldığını bildirib.



Görüşdə miqrasiya sahəsində nəzərdə tutulan layihələrin icrası, yüksək səviyyəli qarşılıqlı səfərlərinin təşkili, Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti və digər əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azvision.az


Teqlər: DMX   Səfir   Almaniya  





Xəbər lenti