İntizam komissiyasının üzvlərinin sayı artırılır

İntizam komissiyasının üzvlərinin sayı artırılır
  22 Oktyabr 2018    Oxunub:1472
Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik təklif olunur.
Azvision.az xəbər verir ki, təklif edilən dəyişikliklə üzvlərin sayı 7-dən 9-a artırılır.

Hazırki maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir.

Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Layihə  





Xəbər lenti