Kamil Əliyevin xatirəsi anılıb

Kamil Əliyevin xatirəsi anılıb
  22 Oktyabr 2018    Oxunub:1700
Oktyabrın 22-də Azərbaycan Xalça Muzeyinin əməkdaşları Xalq rəssamı Kamil Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək sənətkarın məzarüstü abidəsini ziyarət ediblər.
Muzeydən Azvision.az-a verilən məlumata görə, ziyarətdən sonra muzeyin əməkdaşlarının Kamil Əliyevin İçərişəhərdə yerləşən ev-muzeyində Xalq rəssamının ailə üzvləri və yaxınları ilə görüşü keçirilib.

Sənətkarın ev-muzeyində nümayiş olunan əsərlərlə tanış olan ziyarətçilərə görkəmli rəssamın həyat və yaradıcılığı barədə qızı Nərminə Əliyeva məlumat verib. Rəssamın həmkarı olmuş Əlisəfa Nuriyev onunla bağlı xatirələrini bölüşüb.

Azvision.az



Teqlər: Kamil-Əliyev  





Xəbər lenti