Hesablama Palatasının üzvlərinin sayı azaldılır

  23 Oktyabr 2018    Oxunub : 330
Hesablama Palatasının üzvlərinin sayı azaldılır
Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, auditorların sayının 7-dən 5-ə endirilməsi təklif olunur. Nizamnamənin hazırki 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir.

Dəyişikliklə Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırkı qanunvericilikdə isə iş təcrübəsi müddəti nəzərdə tutulmur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hesablama-Palatası   Dəyişiklik