“ASAN”ın bütün dünyada parlaq gələcəyi var - Prezident

  23 Oktyabr 2018    Oxunub : 470
 “ASAN”ın bütün dünyada parlaq gələcəyi var - Prezident
“ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur.
Azvision.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir.

“Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var”.

Azvision.az

Teqlər: İlham-Əliyev   ASAN-Xidmət