Məktəbdə xeyli sayda hərbi sursat aşkar edilib – FOTOLAR

  23 Oktyabr 2018    Oxunub : 440
Məktəbdə xeyli sayda hərbi sursat aşkar edilib – FOTOLAR
Oktyabrın 22-də saat 12:04-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng Mərkəzi sistemindən və saat 12:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında təlim məqsədli hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Azvision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qurumun mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ içərisində heç bir partlayıcı maddə olmayan təlim məqsədli sursatlar aşkar olunub. Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli hərbi sursatların tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Azvision.az

Teqlər: ANAMA