Nəcməddin Sadıkov İsrailə gedib

  23 Oktyabr 2018    Oxunub : 386
Nəcməddin Sadıkov İsrailə gedib
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

Azvision.az

Teqlər: İsrail   MN