Nazirlik: 78 insan alveri qurbanına yardım edilib
Mərkəz tərəfindən ümumilikdə 99 nəfərin yenidən normal həyata qaytarılması, sosial reabilitasiyası istiqamətində işlər aparılmaqla, bir çoxuna ehtiyacları nəzərə alınmaqla, eyni vaxtda bir neçə növdə yardımlar edilib. Onlardan 13 nəfərin nazirlik yanında Dövlət Məşğulluq
Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 19 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmalarına, 14 nəfərin sosial sığınacağa yerləşdirilməsinə köməklik edilib. 43 nəfərə hüquqi, 36 nəfərə tibbi, 49 nəfərə isə psixoloji yardımların göstərilməsi təmin edilib.
İnsan alveri qurbanlarının və potensial insan alveri qurbanlarından artıq bir çoxunun reinteqrasiyası mümkün olub, digərləri ilə işlər davam etdirilir.
Azvision.az
Teqlər: ƏƏSMN