“Sofiya” Bakıda jurnalistlərə müsahibə verdi - FOTOLAR

  23 Oktyabr 2018    Oxunub : 9281
“Sofiya” Bakıda jurnalistlərə müsahibə verdi - FOTOLAR
Dünyaca məşhur robot "Sofiya" Bakıda "ASAN Xidmət" mərkəzində olub. Süni intellektin idarə etdiyi android-robot azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Bundan əlavə, o, "ASAN xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə bildirib ki, Sofiyanın ölkəmizə gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Onun sözlərinə görə, hazırda danışıqlar aparılır ki, gələcəkdə robot "Sofiya" iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun.

E.Niftəliyev qeyd edib ki, "Sofiya" 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: