Narkotiklə tutulanların sayı açıqlandı

  23 Oktyabr 2018    Oxunub : 492
Narkotiklə tutulanların sayı açıqlandı
Bu ilin doqquz ayında narkotiklərlə mübarizə sahəsində cinayət məsuliyyətinə 1841 nəfər cəlb olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan Azvision.az-a verilən xəbərə görə, onlardan 48 nəfəri xarici ölkə vətəndaşları olublar.

Həmin şəxslərdən ümumilikdə 100 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 34-ü İran, 4-ü Rusiya, 5-i Gürcüstan, 2-si Türkiyə, 2-si Ukrayna, 1-i isə Türkmənistan vətəndaşı olub.

Azvision.az

Teqlər: Narkotik   Həbs