Məmmədyarov estoniyalı vitse-spikerlə görüşüb

Məmmədyarov estoniyalı vitse-spikerlə görüşüb
  23 Oktyabr 2018    Oxunub:1365
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib.
Nazirlikdən Azvision.az- a verilən məlumata görə, E.Məmmədyarov Estoniya parlamentinin vitse-spikeri K.Laaneti salamlayaraq, Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Həmçinin nazir informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Avropa İttifaqı - Azərbaycan arasında münasibətlərə toxunan E.Məmmədyarov, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barəsində qarşı tərəfə məlumat verib.

K.Laanet öz növbəsində səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək, Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Azvision.az


Teqlər: Estoniya   ElmarMəmmədyarov  





Xəbər lenti