Qərargah: Sürüşmə zonasında uçqunlar davam edir

Qərargah: Sürüşmə zonasında uçqunlar davam edir
  24 Oktyabr 2018    Oxunub:1064
Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında xırda uçqun prosesləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Azvision.az


Teqlər: ETSN   Uçqun  





Xəbər lenti