Azərbaycanda yeni cərimə tətbiq olunacaq

Azərbaycanda yeni cərimə tətbiq olunacaq
  24 Oktyabr 2018    Oxunub:1159
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərini pozanlar cərimələnəcəklər.
Azvision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilir.

Maddəyə əsasən, “Dövlət Qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qeyd edək ki, layihə parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   İclas   Layihə  





Xəbər lenti