Ucarda ağır qəza: Ər-arvad öldü

Ucarda ağır qəza: Ər-arvad öldü
  24 Oktyabr 2018    Oxunub:2789
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti