“Qarabağ münaqişəsində gizli razılıq ola bilməz” – Paşinyan

“Qarabağ münaqişəsində gizli razılıq ola bilməz” – Paşinyan
  24 Oktyabr 2018    Oxunub:3027
Ermənistanda xalqın rəyini nəzərə almadan Dağlıq Qarabağ məsələsinin həllinə gedəcək hakimiyyət ola bilməz.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu vəzifəyə yenidən namizədin seçilməsilə bağlı parlamentin keçirdiyi iclasda çıxışı zamanı deyib.
“Dağlıq Qarabağ münaqişəsinin bu və ya digər nizamlanma variantının bizə sərfəli olub-olmayacağını müəyyənləşdirəcək həlledici faktor yalnız xalqın rəyidir. Qarabağ üzrə heç bir gizli həll ola bilməz” – Paşinyan bəyan edib.

O, həmçinin, münaqişənin həllinə dair tutduğu əsassız və destruktiv mövqeyinə sadiqliyini bir daha təsdiqləyib: “Nə qədər ki, Qarabağ rəhbərliyi nizamlanma prosesinə cəlb olunmayıb, biz bu problemin həllindən çox uzaqdayıq. Dağlıq Qarabağın statusu dəqiqləşdirilmədən münaqişəni həll etmək mümkün deyil.”

Leyla Eılbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti