Ruhani: “Kaşoqinin qətlinə ABŞ xeyir-dua verib”

Ruhani: “Kaşoqinin qətlinə ABŞ xeyir-dua verib”
  24 Oktyabr 2018    Oxunub:3376
"Səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilməsinə ABŞ xeyir-dua verib".

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri İran prezidenti Həsən Ruhani Kaşoqinin öldürülməsinə münasibət bildirərkən səsləndirib.
Ruhaninin sözlərinə görə, Səudiyyə Ərəbistanı Amerikanın müdafiəsi və dəstəyi olmadan Camal Kaşoqi kimi tanınmış jurnalistin qətlinə cürət edə bilməzdi. Odur ki, jurnalistin öldürülməsində Vaşinqtonun da əli var: "Heç kimin təsəvvürünə belə gəlməzdi ki, müasir dövrdə bu gün biz belə bir qətlin şahidi ola bilərik."

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kaşoqinin ölümünü “tarixdə üstü örtülməyə çalışılan ən pis qətl” adlandırıb. Vaşinqton həmçinin, jurnalistin ölümündə məsuliyyət daşıyan Səudiyyə rəsmilərinə qarşı sanksiya olaraq viza verilməsini dayandıracağını bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   İran   ABŞ  





Xəbər lenti