Deputatlar onlara verilən hədiyyəni Milli Məclisə verəcəklər

Deputatlar onlara verilən hədiyyəni Milli Məclisə verəcəklər
  24 Oktyabr 2018    Oxunub:1875
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik edilir.
Azvision.az xəbər verir ki, qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Əlavə edilən 10.3-cü maddəyə əsasən isə, deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli, və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   Parlament  





Xəbər lenti