Azərbaycanlı Türkiyədə bələdiyyə sədri ola bilər

Azərbaycanlı Türkiyədə bələdiyyə sədri ola bilər
  24 Oktyabr 2018    Oxunub:1973
Soydaşımız Camal Mehmethanoğlu Türkiyədə keçiriləcək növbəti yerli bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.
Azvision.az xəbər verir ki, İzmir Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən Camal Mehmethanoğlu bildirib ki, seçiləcəyi təqdirdə İzmirin mərkəzi rayonu olan Bayraklıda Ulu öndər Heydər Əliyevin adına Vəqf Universitetini açmağı planlaşdırır. “Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var. Ümummilli lider Heydər Əliyev Azərbaycan və Türkiyə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə daim üstünlük verərək, bu əlaqələri “bir millətin iki dövləti” kimi qiymətləndirib. Türkiyənin ayrı-ayrı bölgələrində dahi şəxsiyyətin adını daşıyan məktəblər, parklar fəaliyyət göstərir. Xatirəsi daim anılır. Seçiləcəyim təqdirdə İzmir şəhərində Heydər Əliyev adına Vəqf Universitetini qurmaq istəyirəm”,- deyə söyləyib.

Bununla yanaşı, Sumqayıt ilə Bayraklı ilçəsini qardaşlaşmış şəhəri elan edəcəyini deyən həmyerlimiz dövlətlər arasında mədəni və iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcəyini söyləyib: “Bir sözlə, həmvətənlərimizin Türkiyə və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qorunub saxlanmasına yönəlmiş fəaliyyətini dəstəkləyəcək, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yeni imkanlar axtaracağam”.

Məlumat üçün bildrək ki, C.Mehmethanoğlu əslən Qərbi Azərbaycanlıdır. 1957-ci ildə Qars şəhərində anadan olub. Türkiyənin 9 Eylül Universitetinin hüquq fakültəsinin məzunudur. Boran Emlak və CEMLAK markalarının, o cümlədən canaz.tv-nin (Can Azərbaycan internet televiziyası) sahibidir. Qarslılar Həmrəylik Dərnəyi və Azərbaycan Mədəniyyət Dərnəklərinin rəhbəridir.

Azvision.az



Teqlər: İzmir   Azərbaycan  





Xəbər lenti