"Azərbaycan və Ermənistan üçün sülh vacibdir" - Trampın müşaviri

 "Azərbaycan və Ermənistan üçün sülh vacibdir" -  Trampın müşaviri
  24 Oktyabr 2018    Oxunub:2027
"Bu, mənim Azərbaycana ilk səfərimdir. Bildiyim qədər ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri kimi ilk olaraq Azərbaycana mən gəlmişəm. Səfərim çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim"
Azvision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib. O görüşlər zamanı geniş müzakirələr aparacağını bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlıq, Cənub Qaz Dəhlizi məsələlərini müzakirə etdik. Biz Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı mühüm rolu da müzakirə etdik. Azərbaycanın bu sahədə öz faydalı rolunu davam etdirməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan alternativ enerji mənbələrini təmin etməkdə mühüm rol oynayır. Eyni zamanda, biz Azərbaycanla ABŞ hökuməti arasında əməkdaşlığı, qlobal terrorçuluğa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə tərəfdaşlığımız barədə fikir mübadiləsi apardıq", - deyə Trampın müşaviri vurğulayıb.

Bolton, həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli strateji əhəmiyyətə malikdir: "Bura məsələ ilə daha ətraflı tanış olmaq üçün gəlmişəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, çünki sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir".

Azvision.az


Teqlər: Con-Bolton   ABŞ  





Xəbər lenti