Prezident yol tikintisinə 13,3 milyon ayırdı

Prezident yol tikintisinə 13,3 milyon ayırdı
  24 Oktyabr 2018    Oxunub:1318
Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılıb ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Azvision.az


Teqlər: Daşkəsən  





Xəbər lenti