Naxçıvan əhalisinin 30,8 faizi gəncdir

 Naxçıvan əhalisinin 30,8 faizi gəncdir
  25 Oktyabr 2018    Oxunub:1625
Naxçıvan Muxtar Respublikası Gənclərinin VIII Forumu keçirilib.
Azvision.az xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açdıqdan sonra gündəlik təsdiq olunub.

Bildirilib ki, hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30,8 faizini 14-29 yaşda gənclər təşkil edir. Muxtar respublikada idmanın kütləviliyinə də diqqət artıb. Muxtar respublikanın idmançıları Azərbaycan, dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə fəal iştirak edib və uğurlar qazanıblar. Belə ki, bu ilin 9 ayı ərzində muxtar respublika idmançıları ölkə birinciliklərində 84, beynəlxalq turnirlərdə 83, dünya çempionatlarında 2, Avropa çempionatlarında 3 olmaqla, 172 medala sahib olublar.



Konfransda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov bildirib ki, oktyabr ayı ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə olunur və burada 2 milyon 700 min Azərbaycan gəncinin çoxsaylı nümayəndəsi iştirak edir. Naxçıvanlı gənclər ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərirlər.

Konfransda Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fuad Babayev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Məzahir Əfəndiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış ediblər.

Konfransda Azərbaycan gənclərinin VIII Forumuna nümayəndələr seçilib və qərar qəbul edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Gənclər  





Xəbər lenti