Nazir naxçıvanlı gəncləri təriflədi

Nazir naxçıvanlı gəncləri təriflədi
  25 Oktyabr 2018    Oxunub:1454
“Azərbaycan gənclərinin ən böyük tədbirini fərqli bir formatda, fərqli bir şəkildə keçirmək istəyirik”.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan gənclərinin VIII konfransında iştirak edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Naxçıvan gəncləri daim çox fəal olublar: "Tədbirlər, o cümlədən müxtəlif layihələrlə bağlı həm Gənclər və İdman Nazirliyinə, həm də gənclər təşkilatlarına onlardan çox sayda təkliflər daxil olur, ideyalar irəli sürülür. Məlum olduğu kimi, 3 ildən bir keçirilən ümumrespublika gənclər forumuna hazırlıq işləri görülür. Bakıda keçiriləcək gənclərin növbəti forumu həm də gənclər siyasəti, gənclərlə iş sahəsində görülən işlərin hesabatıdır. Belə ki, ölkəmizdə gənclərlə bağlı sosial, iqtisadi və digər məsələlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar, dövlət proqramları qəbul edilib. Həmin sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Bakıda keçiriləcək forumda da Azərbaycan gəncliyinin inkişafına yönəlmiş Dövlət Proqramının icrası ilə bağlı hesabatlar dinləniləcək".

Azvision.az


Teqlər: Nazir   Azad-Rəhimov  





Xəbər lenti