“NazLifan”la vurulan piyada xəstəxanada öldü

“NazLifan”la vurulan piyada xəstəxanada öldü
  25 Oktyabr 2018    Oxunub:1902
Ağdam rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, hadisə oktyabrın 23-də saat 14 radələrində rayonun Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ağdam rayon Eyvazlı kənd sakini Babək Köçərli idarə etdiyi “NazLifan” markalı avtomobillə yolu keçən Çullu kənd sakini Zülfü Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 24-də orada ölüb. Ağdam rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti