Rəsmi Bakıdan Sloveniyaya təşəkkür

Rəsmi Bakıdan Sloveniyaya təşəkkür
  25 Oktyabr 2018    Oxunub:1704
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Sloveniya Respublikası Milli Şurasının sədri Aloyz Kovşa ilə görüşüb.
XİN-dən Azvision.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov Sloveniya qanunverici orqanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə və Sloveniya Milli Şurasnın Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə həmsöhbətinə öz təşəkkürünü bildirib.

Həmçinin tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Sloveniya   XİN  





Xəbər lenti