“Şəhid ailələrinin sənədləri araşdırılır” - Sahil Babayev

“Şəhid ailələrinin sənədləri araşdırılır” -  Sahil Babayev
  25 Oktyabr 2018    Oxunub:2309
"Şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər bizə gəlməkdə davam edir"

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, daxil olan sənədlərin hamısı araşdırılır: "Bundan sonra ödənişlərin verilməsinə başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətlər bizim tərəfimizdən birbaşa həmin şəxslərin hesabına köçürüləcək, vətəndaşın şəxsi təması olmayacaq".

Qeyd edək ki, oktyabrın 9-dan etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı prosedur başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sahil-Babayev  





Xəbər lenti