Şeyx: "Xalqımız torpaqların azad ediləcəyinə inanır"

 Şeyx:  "Xalqımız torpaqların azad ediləcəyinə inanır"
  25 Oktyabr 2018    Oxunub:1836
"Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunub. İşğal edilmiş ərazilərimizdəki məscidlərimiz qəsb olunub, ibadətgahlarımız, qəbirlərimiz xarabalığa çevrilib, sinaqoq və kilsələr dağıdılıb. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı yenə də humanist xalq olduğunu dünyaya göstərir".
Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, xalqımız öz qələbəsinə, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır: "Hesab edirəm ki, Azərbaycan yaralı dövlət kimidir. Bu gün biz əzab çəkən bir xalq kimi dünyaya car çəkirik ki, münaqişələr olmasın deyə humanist olaq, bir-birimizə hörmətlə yanaşaq, dövlətlərin qanunlarına hörmət edək. Bu baxımdan Bakı Humanitar Forumu bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, yüksəkliyimizi göstərir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Şeyx   Azərbaycan   Qarabağ   Forum  





Xəbər lenti