“Ermənilər aprel döyüşündə baş verənləri təhrif edirdilər” - Rusiyalı deputat
"Onlar aprel müharibəsi zamanı baş verənləri təhrif edərək yalnış təəssürat yaratmağa çalışdılar. Erməni tərəfi dünya KİV-i ilə aktiv iş aparırdı. Qondarma rejim aprel müharibəsi zamanı gündəlik press-brinfinqlər keçirir, jurnalistlərin suallarını cavablandırır, peyk vasitəsilə ödənişsiz yayımlar həyata keçirirdilər. Bununla da dünya birliyinin erməni separatçıları tərəfindən çıxış etməsi bütün işlər görülürdü", - deyə Savelyev vuğulayıb.
Rusiyalı deputatın sözlərinə görə, Azərbaycan tərəfi də dünya KİV-ləri ilə çox ciddi iş gördü və nəticədə ümumi vəziyyət, münaqişə zonasındakı duruma dair obyektiv xəbərlər dünyanın aparıcı KİV-lərində yayılmağa başladı: "Lakin təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu. Bu fakt bir daha KİV-lə işin operativ təşkilinin vacibliyini göstərdi. İnformasiya müharibələrində birbaşa olaraq hücum dinc əhaliyə qarşı yönəlir".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Dmitri-Savelyev