Faktiki hava şəraiti açıqlanıb

Faktiki hava şəraiti açıqlanıb
  26 Oktyabr 2018    Oxunub:1719
Oktyabrın 26-sı səhər saatlarına olan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

Düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib.

Eyni zamanda proses şimal-qərb küləyinin güclənməsi ilə müşahidə olunub. Küləyin sürəti Xınalıqda 28, Kəlvəzdə 25, Daşkəsəndə 20-25, Mərəzədə 22-24, Altıağacda 22, Neftçalada 20, Bakı və Yardımlıda 18 m/san olub.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti