“Paşinyanın hərəkətləri Rusiyada narahatlıq doğurur” - Dmitri Savelyev

 “Paşinyanın hərəkətləri Rusiyada narahatlıq doğurur” -  Dmitri Savelyev
  26 Oktyabr 2018    Oxunub:2210
"Ermənistanda hazırda qeyri-sabitlik hökm sürür. Biz özümüz də Rusiyada yeni Ermənistan rəhbərliyindən nəyi gözləməli olduğumuzu anlaya bilmirik. Ermənistanda baş verənlər siyasi xaosa bənzəyir. Bu cür şəraitdə siyasi trendləri necə müəyyən etmək olar?"
Azvision.az xəbər verir ki, bunu VI Bakı Humanitar Forumunda iştirak edən Rusiya Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə açıqlmasında deyib. Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanda əsas vəzifələrə Qərbə yönələn şəxsləri təyin edir.

Savelyev, həmçinin qeyd edib ki, Paşinyanın hərəkətlərində xeyli populizm var: "Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsini yalnız dinc yolla həll etmək lazımdır. Lakin biz yaxşı anlayırıq ki, Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Dmitri-Savelyev  





Xəbər lenti